Az

AZ

Azerbaijan

republic in Western Asia and Eastern Europe

AZ
https://12r.uk/az/

Azərbaycan dili

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dili

Azərbaycan dili (Azərbaycanca, Azərbaycan türkcəsi, tbvv adı: Türk dili) — Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.

Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri
Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri
Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

https://az.m.wikipedia.org/wiki/Azərbaycan_dili